Məktəblərdə ikinövbəli dərslərin səbəbi - Rəsmi açıqlama
21-09-2021, 11:51
150

Məktəblərdə ikinövbəli dərslərin səbəbi - Rəsmi açıqlama

“Orta məktəblərdə ikinövbəli dərslərin təşkili zərurətdən irəli gələn seçimdir”.
Bunu Bakı üzrə Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov valideynlərin  məktəblərdə birnövbəli dərslərin keçirilməsi ilə bağlı tələblərinə aydınlıq gətirərkən deyib:
“Bəzən məktəblərdə tədrisin növbəli təşkili ilə bağlı müxtəlif fikirlər səslənir. Məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisə üstünlük verərdi. Ancaq bir sıra məktəblərdə mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir.
Xüsusən indiki pandemiya dövründə bu, ilk növbədə uşaqların və müəllimlərin sağlamlığına xidmət edir.
Bir də ki, yəqin hamının əsas arzusu ənənəvi tədrisin bərpasıdır, təki normal, hamı üçün sağlıqlı təhsil ili olsun”.

Oxşar xəbərlər