Təhsil
17-09-2020, 14:27
193
Koronavirus Azərbaycan təhsilinin belini qırıb?
Yeni tədris ilinin başlanması təhsil sektoru üçün xarakterik olan problemləri yenidən aktuallaşdırıb.
Bakıtv.az bildirir ki, Yenisabah.az-ın sözügedən mövzuda bu və digər suallarını Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov cavablandırıb:
- Cəsarət müəllim, məktəblilərin dərsə davamiyyəti necədir?
-Bu məsələ Təhsil Nazirliyi tərəfindən monitorinq olunur. Burada qızdırması olanlar, bütövlükdə COVID-19-la bağlı hər hansı problemlə üzləşənlər müəyyənləşdirilir və Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə məsələlər təhlil edilir, ümumiləşdirilir. Sonda isə buna uyğun da tədbirlər görülür.
- Müəllim və şagirdlər arasında neçə nəfərin səhhətində problem yarandığı qeydə alınıb?
- Bu, ölkə üzrə təhlil olunur və bütövlükdə say tərkibini yəqin ki, həftə ərzində açıqlayacağıq, bu barədə məlumatı günbəgün verməyəcəyik. Sözsüz ki, davamiyyətlə bağlı da məlumat veriləcək. Ümumilikdə isə bildirim ki, davamiyyət yaxşıdır. Onunla bağlı heç bir ciddi narahatlıq yoxdur.
- Cəsarət müəllim, bildiyimiz qədərilə ölkə üzrə şagirdlərin neçə faizinin onlayn təhsildə iştirak etməsi ilə bağlı monitorinq nazirlik tərəfindən artıq aparılıb. Biz bunun nəticəsini bilmək istəyirik...
- Bu problemləri biz də bilirik. Burada olan qeydləri görürük. Bilirsiz, bu gün distant təhsil Azərbaycan təhsil sistemi üçün yenidir. Bu, son 4-5 ayda gələn bir metoddur. Alətlər və əlçatımlılıqla bağlı bu və digər məsələləri biz görürük. Amma biz Təhsil Nazirliyi olaraq insanlara digər versiyanı da təklif edirik. Teledərslərlə bizim ölkə ərazisində olan bütün məktəblərimizi təmin edilir. Ən azından ev şəraitində bu imkan yaradılır və insanlar rahatlıqla faydalana bilir. Virtual təhsildə qoşulma ilə bağlı yaranan hər hansı problemlə bağlı Qaynar Xətt mövcuddur. Eyni zamanda biz videoçarxlar vasitəsilə insanları dərslərə necə qoşulmalı olduqları barədə də məlumatlandırırıq. Hər hansı parol itəndə onu necə bərpa etməli olduqları belə göstərilib.
- Sosial şəbəkələrdə valideynlər 40 nəfər şagirddən sadəcə 15-nin onlayn dərslərdə iştirak etdiyini bildirirlər. Biz ümumilikdə onlayn təhsildə şagirdlərin neçə faizinin iştirak etdiyini bilmədiyimizə görə problemin həlli üçün mütəxəssis rəyi ala bilmirik. “İnformasiya əldə etmək haqqında” qanuna görə, bu rəqəmləri nazirlik açıqlamalıdır.
- Sözügedən məsələ ilə bağlı biz də rəylər yazırıq. Anlayıram, lakin iki günə monitorinq etmək olmur. Monitorinq üçün müəyyən bir müddət lazımdır. Biz dünən yox, sırağagün məktəbi açmışıq. Birdən-birə nəticə ola bilməz. Biz yaxın günlərdə bu haqda məlumatı özümüz elan edəcəyik, hətta öz səhifəmizdə yerləşdirəcəyik.
- Bir həftəyə monitorinq başa çatar?
- Bəli!