Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı
31-05-2022, 17:10
6 873

Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Oxşar xəbərlər