Şagird yerdəyişməsi prosesinə başlanılıb
17-10-2022, 11:54
1 552

Şagird yerdəyişməsi prosesinə başlanılıb

17 oktyabr saat 11-də şagird yerdəyişməsi prosesinə start verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, şagird yerdəyişməsi https://sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.

Oxşar xəbərlər