Bu gün Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının yaradılmasının 18-ci ildönümüdür.
5-06-2023, 17:00
5 431

Bu gün Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının yaradılmasının 18-ci ildönümüdür.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 18 illik fəaliyyəti dövründə çox sayda oyunlar, seminarlar, təlimlər və gənclərin inkişafında müsbət rol oynaya biləcək, onların bir-biri ilə tanış olmasını təmin edəcək, şəxsi inkişaflarına müsbət təsir göstərəcək tədbirlər həyata keçirmişdir.

Təşkilat 18 ildir ki, tələbələrin potensialını ortaya çıxararaq onların uğurlarının artmasına, bacarıqlarının üzə çıxarılmasına xidmət edir.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı gələcək zamanda da tələbə-gənclər arasında mənəvi birlik və dostluq hissi yaratmağa, onların inkişafına dəstək olmağa, həmçinin həyatlarında xoş xatirələrin qalması üçün xidmət etməyə davam edəcək.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı 2022-ci ildə "İlin TGT"si adına,təşkilatın sədri Ələkbər Həsənov 2023-cü ildə "İlin TGT sədri" adına layiq görülmüşdür.

Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının üzvlərini, heyətini 18 illik yubileyi münasibətilə təbrik edirik və gələcəklərində daha çox uğur və xoşbəxtlik arzu edirik!

Gənclərlə, gənclər üçün!

ÇÜNKİ BİZ BİRLİKDƏ GÜCLÜYÜK!

Oxşar xəbərlər