Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...
21-06-2020, 00:18
324

Milli Məclisin iclası iyulin 5-ə qədər təxirə salındı - Parlamentdə koronavirus təhlükəsi...

Buna da səbəb indiyədək Milli Məclisin iki deputatının koronavirusa yoluxduğunun aşkarlanmasıdır...
Milli Məclisin iclası iyulin 5-ə Azərbaycan Milli Məclisinin iyunun 23-ə təyin olunan iclası təxirə salınıb. Eləcə də, parlamentin komitələrində planlaşdırılan toplantılar da keçirilməyəcək.
Bu barədə “AzPolitika.info”ya mötəbər mənbələrdən məlumat verilib.
Məlumata görə, ümumiyyətlə, sərt karantin rejimi dövründə, yəni iyulun 5-dək parlamentdə Milli Məclisin iclaslarının və digər başqa tədbirlərin keçirilməməsinə qərar verilib.
Buna da səbəb indiyədək Milli Məclisin iki deputatının koronavirusa yoluxduğunun aşkarlanmasıdır.
Onlardan birinin adı hələlik açıqlanmayıb. Koronavirusa yoluxan digər deputat - Sahib Alıyev isə özü də bu məlumatı təsdiqləyib.

O, bununla bağlı “Facebook”-da yazdığı statusda vəzifəli şəxsləri virusun geniş yayılmasının qarşısını almağa çağırıb: "Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün, nəhayət, gərəkənləri edəcəklər".
Qeyd edək ki, Sahib Alıyevin ardınca ikinci bir deputatın koronavirusa yoluxması faktının aşkarlanması ciddi narahatçılığa səbəb olub. Buna görə də, bu gün bütün deputatlar, həmçinin Milli Məclis Aparatının əməkdaşları koronavirus testindən keçirilib.
Onlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb. Test nümunələrinin nəticələri sabah açıqlanacaq.

Oxşar xəbərlər