Spitakın meri də Paşinyana qarşı çıxdı
1-03-2021, 18:05
162

Spitakın meri də Paşinyana qarşı çıxdı

Spitakın meri Qaqik Saakyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası ilə bağlı kampaniyaya qoşulub.
Bakıtv.az erməni KİV-inə istinadən xəbər verir ki, o bu barədə bəyanat yayıb. 
“Mən bir daha bəyan edirəm ki, erməni ordusuna dəstək verirəm. Ölkənin təhlükəsizlik maraqlarını qoruya bilməyən hökumət iqtidarda qala bilməz.  Mən həmişə ordunun yanında olmuşam, indi də yanındayam. Baş Qərargahın istefa tələbinə dəstiyimi ifadə edirəm. 
Mən yenə də o fikirdə qalıram ki, erməni xalqı və ordunun birliyi nəticəsində biz təhlükəsiz vətən yarada bilərik”, - deyə Qaqik Saakyan bəyan edib.

Oxşar xəbərlər