SON DƏQİQƏ

www.bakitv.az

Çində qeyri-adi toy - Bəy öz “bacısı“ ilə evləndi

Çində qeyri-adi toy - Bəy öz “bacısı“ ilə evləndi
7-04-2021, 20:19 11 dəfə baxılıb

Çində film kimi hadisə baş verib.
Cianqsu bölgəsindəki Sujou şəhərində baş verən toyda illərlə saxlanan sirrin üstü açılıb və bir ailə dramı yaşanıb.
Belə ki, bəyin anası nikah mərasimdən bir az əvvəl "hə" deməyə hazırlaşan gəlinin əlində bir doğum ləkəsi görüb.Dərhal gəlinin ata-anasının yanına gedən qadın, “Siz qızınızı 20 il əvvəl övladlığamı götürmüsünüz?”, -deyə sual verib.
Bu sirri illərlə saxlayan ailə isə nə cavab verəcəyini bilməyib. “Bəli” cavabını verdikdən sonra isə bəyin anası göz yaşlarına boğulub. Qızını 20 il əvvəl yol kənarına qoyan və uzun illər bunun peşmanlığını yaşayan qadın özünə hakim ola bilməyib.
Hadisəni gəlinə danışdıqdan sonra o bir qədər təəccüblənib, lakin daha sonra qucaqlaşaraq illərin heyfini çıxıblar. Toy isə təxirə salınmayıb. Çünki qadın qızını yol kənarına qoyduqdan bir müddət sonra bir oğlan uşağı övladlığa götürüb. Yəni gəlinlə bəyin heç bir ailə bağı olmayıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ