SON DƏQİQƏ

www.bakitv.az

Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR

Azərbaycanda məktəblər bu tarixdən AÇILA BİLƏR
18-11-2020, 12:11 11 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, noyabrın 17-i 2075 nəfər koronavirusa yoluxub, 20 vətəndaş isə vəfat edib. Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdığına görə məktəblərdə yenidən distant təhsilə keçilib. Bu gün hər kəsi maraqlandıran sual ənənəvi təhsilə nə zaman keçiriləcəyidir.

Bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, distant təhsil ənənəvi təhsili əvəz edə bilmir:

"Bunun obyektiv və subyektiv səbəbləri var. Belə ki, internet və kompüterlə bağlı problemlər yaşanır. Amma ənənəvi təhsilə də qayıda bilmirik. Çünki virus hələ bitməyib və təhlükə davam edir. Bu pademiya bütün dünyada tüğyan etməkdədir. Təhsilin adi qaydada keçirilməsini hələ bir müddət gözləməliyik. Bu yaxınlarda məktəbləri açdıq və gördük ki, virusa yoluxanların sayı artdı. Burada əlbəttə vətəndaşların üzərinə böyük vəzifə düşür. Vətəndaşlarımız maska, sosial məsafə və dezinfeksiya məhlulundan istifadəyə önəm verməlidirlər".

Deputat vurğulayıb ki, Fransa və digər qonşu ölkələrdə koronavirusun çox ciddi pik həddi yaşanır:

"Bizim başqa seçimimiz olmadığına görə biz distant təhsillə davam etməliyik. Bu vəziyyətin nə qədər çəkəcəyi və necə olacağı vətəndaşların karantin qaydalarına əməl etməsindən asılıdır. Hər şey qaydaya düşəndən sonra biz normal təhsil sisteminə keçə bilərik. Təhlükə hələ sovuşmayıb. Bizim aidiyyatı qurumlar və Təhsil Nazirliyi çalışdı ki, ənənəvi təhsilə qayıdaq. Amma virus imkan vermədi. Bizə də çox sual verirlər ki, bu vəziyyət nə qədər çəkə bilər? Bu barədə konkret bir şey demək olmur. Xəstəlik azalsa, hər şey yolunda getsə, ola bilər ki, yanvardan biz ənənəvi təhsil məsələsini nəzərdən keçirək. Yəni yoluxma azalsa, bu məsələyə yenidən baxıla bilər. Amma bu gün bununla bağlı konkret bir şey söyləmək çətindir. Bu, birbaşa yoluxanların artma-azalma dinamikasından asılı olacaq. Əgər dinamik yüksək olsa, bu proses bir müddət də davam edə bilər".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ