Xudavəng monastırı ziyarət ediləcək
6-01-2021, 12:37
264

Xudavəng monastırı ziyarət ediləcək

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri Ermənistanın işğalından azad olan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət edəcəklər.
Bakıtv.az xəbər verir ki, icma üzvləri Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edəcəklər.
Qeyd edək ki, bundan əvvəl Alban-Udin icmasının üzvləri artıq iki dəfə Xudavəng monastırında olublar.

Oxşar xəbərlər