Bu istiqamətlərdə avtobuslar hərəkət edə bilmir - FOTOLAR
24-02-2021, 11:55
153

Bu istiqamətlərdə avtobuslar hərəkət edə bilmir - FOTOLAR

Hazırda Bakıda bəzi ərazilərdə meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir.
Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir:
- Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri);
- Günəşli;
- Hövsan;
- Şüvəlan;
- Binə;
- Badamdar;
- Xırdalan;
- Müşviqabad;
- Mehdiabad;
- Digah;
- Masazır dairəsi;
- Kürdəxanı yolu;
- Məmmədli və Yanardağ yolu;
- Biləcəri enişi;
- Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti;
- Baksol yolu;
- Zığ yolu;
- Salyan şossesi;
- Bibiheybət yolu;
- Bakı dairəvi yolu.

Oxşar xəbərlər