Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü, 270 yeni yoluxma
28-02-2021, 16:54
197

Azərbaycanda daha 2 nəfər koronavirusdan öldü, 270 yeni yoluxma

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə  234 537 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan  228 768 nəfər müalicə olunaraq sağalıb,  3220 nəfər vəfat edib, aktiv xəstə sayı 2 549 nəfərdir.
Ölkədə son sutka ərzində 7 444, hazırkı dövrədək isə 2 598 679 test aparılıb.

Oxşar xəbərlər