Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA
22-03-2021, 14:10
255

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA

Abşeron rayonunun Mehdiabad qəsəbəsində çirkab suların axıdılması üçün kanalizasiya xətti hələ də çəkilmir.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova adıçəkilən qəsəbənin problemləri ilə maraqlanmır, insanlar qrunt sularının axınından əziyyət çəkirlər.

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA


Bu gün isə Mehdiabad sakinləri qəsəbənin küçələrində kanalizasiya xəttinin olmamasını vurğulayaraq, çirkab suların açıq şəkildə axıdıldığına etiraz əlaməti olaraq, yolu bağlayıblar. Bununla əlaqədar tərəfimizdən əraziyə baxış keçirilən zaman məlum oldu ki, çirkab sularının anti-sanitariya şəraiti yaratması və nəticədə ətrafa kəskin qoxunun yayılması açıq-aşkar hiss olunur.

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA


Belə olan halda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Su Tikinti Müəssisəsi tərəfindən Mehdiabad qəsəbəsində çirkab suların axıdılması üçün kanalizasiya xəttinin inşasına başlanmaması əhalinin narazılığına səbəb olur. Dövlət strukturlarının cəmi 500-600 metr uzunluğunda olacaq kanalizasiya xəttlərini çəkmək imkanı yoxdursa, necə həmin qurumların idarəetməsində təmsil olunurlar?

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA


Görünən odur ki, Mehdiabad qəsəbəsində çirkab suların açıq şəkildə axıdılması qarşısı alınmaz həddə çatıb. Anti-sanitar vəziyyət tamamilə baş alıb gedir.

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA


Qeyd edək ki, bir neçə il bundan öncə kanalizasiyaların ana xəttinin tikintisi başa çatdırılsa da ev birləşmələri hələ də çəkilmir. Buna görə də, çirkab suların evlərin altına və küçələrə axması qarşısıalınmaz olur.

Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA
Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA
Mehdiabadda yol bağlandı - ANTİSANİTARİYA

Oxşar xəbərlər