İcra başçısının mülklərinin sənədləri yayıldı – Obyektlərə həbs qoyulur? (FOTOLAR)
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Ukraynadakı şirkətlərinin sənədləri yayılıb. HİT.Az-ın xəbərinə görə, sənədləri araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb. C.Həsənli paylaşıma “Səninlə bağlı siqnallar Bakıda eşidilməsə də, Ukraynada eşidiləcək” qeydini yazıb. Z.Əliyevin mövqeyini dərc etməyə hazırıq.