Azərbaycanda son sutkada yoluxanların və sağalanların statistikası
4-04-2021, 17:27
170

Azərbaycanda son sutkada yoluxanların və sağalanların statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına  2021 yeni yoluxma faktı qeydə alınıb,  776 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  29 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 270 735 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 241 646 nəfər müalicə olunaraq sağalıb, 3 677 nəfər vəfat edib, aktiv xəstə sayı  25 412 nəfərdir.
Ölkədə son sutka ərzində 12 210 , hazırkı dövrədək isə 2 928 955  test aparılıb.

Oxşar xəbərlər