Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı
17-08-2020, 10:23
265

Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakının bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: "Sürücülərdən xahiş edirik ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".

Oxşar xəbərlər