Polisdən əməliyyat: Bakıda "Kalaşnikov"la gəzən şəxs tutuldu - FOTO
12-04-2021, 11:56
161

Polisdən əməliyyat: Bakıda "Kalaşnikov"la gəzən şəxs tutuldu - FOTO

Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətindən verilən məluumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.
Əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib.
Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir
Polisdən əməliyyat:Bakıda "Kalaşnikov"la gəzən şəxs tutuldu - FOTO

Oxşar xəbərlər