Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər - SƏRƏNCAM
4-05-2021, 20:34
185

Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvləri güzəştli ipoteka kreditindən istifadə edə biləcəklər - SƏRƏNCAM

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda əksini tapıb.
Beləliklə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları) güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.

Oxşar xəbərlər