Roza yenə əməliyyat olunacaq
6-05-2021, 20:13
197

Roza yenə əməliyyat olunacaq

Müğənni Roza Zərgərli yenidən əməliyyat olunacaq.
Bu haqda ifaçı özü məlumat verib. ATV telekanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olan ifaçı ayağından əməliyyat olunacağını deyib:
"Hamı bilir ki, ayağımda ağrılar olur. Üç il idi ki, ağrıkəsicilərlə yaşayırdım. Səhərimi dərmanla açırdım. Ötən il ilk dəfə martın 6-da əməliyyat olundum. İndi yenidən olacaq. İlk əməliyyatdan sonra ağrılar kəsdi. Bu dəfə ikinci əməmliyyat olunacaq. Gələn il də üçüncü əməliyyatı etdirməliyəm".

Oxşar xəbərlər