“Miri Yusif müğənni deyil” - Roza Zərgərli
18-09-2020, 16:52
264

“Miri Yusif müğənni deyil” - Roza Zərgərli

Müğənni Roza Zərgərli Xalq artisti Miri Yusifi müğənni kimi qəbul etmədiyini deyib.

İfaçı bu haqda Lent.az-ın canlı yayımında bildirib.

O, Miri Yusifdə “ulduz xəstəliyi” olduğunu deyib. 

"Miri Yusifə qulaq asa bilmirəm. "Dəyirman" qrupu zamanı qulaq asırdım, amma tək olandan sonra yox. Repə qulaq asıram. Məsələn Elşad Xose, Ramil Nabrana saatlarla qulaq asaram amma Miri Yusifə yox. Düzünü desəm, Miri Yusifə başqa şeyə görə də qıcıqlanıram. Ağac nə qədər bar versə başın aşağı əyər. Amma onda ulduzluq xəstəliyi var çoxdan. Aram yaxşıdı onunla amma düzün deməliyəm. Mən onu ifaçı kimi qəbul etmirəm".


Oxşar xəbərlər