Nə qədər fitrə zəkatı verilməlidir? - Şeyxdən AÇIQLAMA
11-05-2021, 12:37
201

Nə qədər fitrə zəkatı verilməlidir? - Şeyxdən AÇIQLAMA

"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır".
Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - mətndə vurğulanıb.

Oxşar xəbərlər