Bir gündə 33 mindən çox insan peyvənd olundu - Azərbaycanda
21-05-2021, 17:24
215

Bir gündə 33 mindən çox insan peyvənd olundu - Azərbaycanda

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 102 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 709 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 924 805, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 089 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834 919 təşkil edir.

Oxşar xəbərlər