Cəmiyyət
24-05-2021, 18:23
209
Prezidentin köməkçisi Aİ-yə üzv ölkələrin səfirləri ilə görüşüb - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Twitter"də bildirib.
Almaniyalı diplomatın sözlərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə baş tutan görüşdə regional sülh perspektivləri, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.