Bu mesajları açsanız, profiliniz sındırılacaq
31-05-2021, 10:12
174

Bu mesajları açsanız, profiliniz sındırılacaq

"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur".

Bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. "Bu, hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda "WhatsApp" mesajlaşma tərbiqində sürətlə yayılır. Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.

Oxşar xəbərlər