Özünü yandıran "Qazi" ilə bağlı RƏSMİ AÇIQLAMA
2-06-2021, 16:53
187

Özünü yandıran "Qazi" ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırmağa cəhd etməsilə bağlı paylaşımlar edilib.
DİN Mətbuat Xidmətindən bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib. Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb:
"Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib".

Oxşar xəbərlər