Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ
18-06-2021, 12:57
172

Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ("MERO") yeni rəis təyin olunub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Anar Cəfərov təyin olunub.
Qeyd edək ki, o, bu təyinatdək BDYPİ-nin qeydiyyat-imtahan idarəsində çalışıb.

Oxşar xəbərlər