Lənkəranda meşə zolaqları "Beta" şirkətinin çay əkməsi üçün qırılır? – VİDEO + AÇIQLAMA
30-06-2021, 16:22
144

Lənkəranda meşə zolaqları "Beta" şirkətinin çay əkməsi üçün qırılır? – VİDEO + AÇIQLAMA

Sosial şəbəkələrdə Lənkəranın Haftoni qəsəbəsi yaxınlığında düzən meşə zolaqlarının qırılması ilə bağlı iddia yayılıb və kadrlar paylaşılıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatı “Ecofront” səhifəsi yayıb və artıq 5 hektar meşə zolağının kəsildiyini iddia edib. Səhifənin iddiasına görə, meşə zolağı “Beta” şirkətinin çay plantasiyası salması üçün məh edilir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən şirkətə 45 hektar meşə zolağını bu məqsədlə məhv etmək üçün icazə verdiyi iddia edilir.
Məsələ ilə bağlı ETSN-in mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Haftoni qəsəbəsinin icra nümayəndəliyindən isə Yeniavaz.com-a bildirilib ki, sözügedən ərazi meyvə bağlarının salınması üçün hazırlanır: "Bizdə meşə ərazisi olub, amma orada meşəlik olmayıb. 1991-ci ildən bizdə qaz tamamilə kəsilib, evləri qızdırmaq üçün heç nə olmayıb deyə, camaat soyuqdan donmamaq üçün zaman-zaman odundan istifadə ediblər. Orada meşə olmayıb, kol-kos olub. Əksər yerləri açıq tala olub. Oranı qaydasına salıblar ki, təzədən əkin əksinlər. Orada meyvə bağları salınacaq. Bu, dövlət tədbiridir".

Oxşar xəbərlər