Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv etdilər - VİDEO
24-08-2020, 23:37
245

Azərbaycan tankçıları müsabiqədə hədəfləri sərrastlıqla məhv etdilər - VİDEO

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız yarışların ilk günündə uğurla çıxış ediblər.
Bakıtv.az xəbər verir ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə güclərini sınayıblar.
Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 şərti hədəfi məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Oxşar xəbərlər