Cəmiyyət
25-08-2020, 12:22
286
Donald Trampın prezidentliyə namizədliyi təsdiqləndi
ABŞ Prezidenti Donald Tramp bu il keçiriləcək prezident seçkilərində təkrar iştirak edəcək.
Bakıtv.az Trend-ə istinadən bildirir ki, onun namizədliyi Şarlott şəhərində keçirilmiş Respublikaçılar partiyasının qurultayında təsdiqlənib.
O, Demokratlar partiyasının namizədi Co Baydenlə mübarizə aparacaq. Bir neçə gün əvvəl Demokratlar partiyasının qurultayında prezidentliyə namizəd qismində Co Bayden və vitse-prezidentliyə namizəd qismində Kamala Harrisin adları təsdiqlənmişdi.
2020-ci ildə ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.