Polis Xocavənddə əməliyyat keçirdi
10-07-2021, 15:10
174

Polis Xocavənddə əməliyyat keçirdi

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı rayonun Tuğ kəndi ərazisində 322 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək məhv edilib.

Oxşar xəbərlər