Talıb Taleni təyyarəyə buraxmadılar
3-09-2021, 12:01
155

Talıb Taleni təyyarəyə buraxmadılar

Müğənni Talıb Taleni Azərbaycana gələrkən təyyarəyə buraxılmayıb.
Gürcüstanda olan sənətçi bunla bağlı açıqlama yayıb. O bildirib ki, biletlərini ləğv edib, başqasına satıblar:
"Tbilisidəyəm, doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsiylə xaricə səfər etdik. Oradan  Covid-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də Covid pasportu ilə Gürcüstana geri döndük. Gürcüstandan Bakıya qayıdanda "Buta" şirkəti bizi təyyarəyə buraxmadı. Bildirdilər ki, vaxtında Covid-19 testi verməlisiniz. Digər ölkələrdə bizim Covid pasportumuz qəbul olunur, öz ölkəmizdə yox. Bizim biletlərimizi gözümüzün qabağında başqa vətəndaşlara satdılar. Onlar da bir gün əvvəl bizim problemi yaşayıblar. Covid pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik. Geri qayıdanda test verməliyik".

Oxşar xəbərlər