Səyyad Əlizadə ECMO cihazına qoşuldu - Ciyərində 70% buzlu şüşə aşkarlanıb
17-09-2021, 11:11
359

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - Ciyərində 70% buzlu şüşə aşkarlanıb

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Bu barədə Report-a müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb:
"Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur. 

Oxşar xəbərlər