Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı parlamentdə dinləmələr keçiriləcək
17-09-2021, 18:17
164

Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı parlamentdə dinləmələr keçiriləcək

Milli Məclisin payız sessiyasında qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələr keçiriləcək.
Bu, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında açıqlanıb.
Bu məsələ komitənin 2021-ci il payız sessiyası üçün İş planına daxil edilib.
Eyni zamanda komitədə su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər