Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı - FOTOLAR
30-09-2021, 12:30
185

Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı - FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları Tovuz rayonu ərazisində fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı- FOTOLAR

Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı- FOTOLAR

Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı- FOTOLAR

Tovuzda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlandı- FOTOLAR 

Oxşar xəbərlər