Allahşükür Paşazadə fəxri professor oldu - FOTO
8-10-2021, 10:23
174

Allahşükür Paşazadə fəxri professor oldu - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Nur-Sultan şəhərinə səfəri çərçivəsində  Lev Qumilyov adına Avrasiya Milli Universitetində tələbə-müəllim heyəti ilə görüşüb.
Universitetin muzeyi ilə tanış olan Şeyxülislam A.Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.
Universitetin muzeyi ilə tanışlığın onda yüksək təəssürat oyatdığını söyləyən A.Paşazadə bildirib ki, ən vacib vəzifələri ortaq dini dəyəeləri qorumaqdır: 
"Biz hamımız haqlı olaraq ortaq tariximizlə fəxr edə bilərik. Eyni zamanda, bizi bir-birimizə bağlayan kökləri heç vaxt unutmuruq. Bizim ən vacib vəzifəmiz ortaq dinimizi və dəyərlərimizi qorumaq, gələcək nəsillərə çatdırmaqdır.
Türkdilli dövlətlər arasında birliyin möhkəmləndiyini söyləyən A.Paşazadə buna misal olaraq 44 günlük müharibə zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəkdən danışıb. Qazaxıstanın da qardaşlıq dəstəyi bizim üçün çox vacib idi". 
Tədbirdə çıxış edən rektor Yerlan Sıdıkov Avrasiya Milli Universitetinin Elmi Şurasının qərarı ilə Şeyxülislam A.Paşazadənin bu nüfuzlu elm ocağının Fəxri professoru adına layiq görüldüyünü bildirib və ona diplomu təqdim edib.
Allahşükür Paşazadə fəxri professor oldu- FOTO 

Oxşar xəbərlər