"Pandemiya tezliklə bitəcək" - ÜST-dən şad XƏBƏR
11-10-2021, 10:30
154

"Pandemiya tezliklə bitəcək" - ÜST-dən şad XƏBƏR

Dünya  COVİD-19-la mübarizə yolunun təxminən 60 faizini keçib.
Xarici KİV xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının baş elmi işçisi Sumya Svaminatan deyib.
O, pandemiyanın tezliklə bitəcəyinə və insanların normal həyata qayıdacağına inandığını vurğulayıb.
Bu kontekstdə o, əhalini virusun mutasiyasından qorunmaq üçün peyvənd prosesini sürətləndirməyə çağırıb.
Qeyd edək ki, ÜST-ün məlumatına görə, pandemiya başlayandan bəri dünyada 236 milyondan çox koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. İnfeksiya 4,8 milyon insanın ölümünə səbəb olub.

Oxşar xəbərlər