Gürcüstan azərbaycanlılarından Saakaşviliyə dəstək - Aksiya
11-10-2021, 14:46
135

Gürcüstan azərbaycanlılarından Saakaşviliyə dəstək - Aksiya

Gürcüstanın Muğanlı kəndinin azərbaycanlı sakinləri ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası keçiriblər.
Gürcü KİV xəbər verir ki, azərbaycanlıların yaşadığı kəndin sakinləri aksiya çərçivəsində Saakaşvilinin adına qoyun kəsiblər.
Onlar bununla siyasətçini aclıq aksiyasına son qoymağa çağırıblar.
Sakinlər ət, meyvə və digər ərzaq məhsullarını Saakaşvilinin hazırda saxlanıldığı Rustavi həbsxanasının önünə gətirərək onun azad olunması üçün aksiya keçirən iştirakçılara paylayıblar.
Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb.
O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb.

Oxşar xəbərlər