Cəmiyyət
10-11-2021, 13:34
153
Elman Nəsirov: “Pandemiyaya son qoyulsa, Ermənistanda əhali ölkəni həndəsi silsilə ilə tərk edəcək”
“Bu gün Ermənistan cəmiyyəti parçalanmış cəmiyyətdir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. Deputat vurğulayıb ki, Azərbaycan dövləti bu gün tarixi qələbənin bir illiyini qeyd edir:
“Bildiyimiz kimi, ötən ilin 10 noyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Bununla da, Ermənistan dövləti və ordusu ağ bayraq qaldıraraq təslim oldu. Bu sözün həqiqi mənasında Azərbaycanın tarixi qələbəsi və "Zəfər günü" idi. Bu, Azərbaycanın minilliklərlə ölçülən tarixinin ən şanlı səhifələrindən biridir. Əlbəttə ki, bu tarixi qələbənin üç memarı var: Ali Baş Komandan, onun yenilməz ordusu və Azərbaycan xalqı. Bunu bütün dünya da, Ermənistan ictimaiyyəti də qəbul edir”.
E.Nəsirov bu gün Qarabağın bərpası istiqamətində çox önəmli addımlar atıldığını və ciddi nailiyyətlərin əldə edildiyini vurğulayıb: “Füzuli Beynəlxalq Hava Limanının sürətlə tikilməsi artıq görüləcək işlərin miqyasından və intensivliyindən xəbər verir. Bu gün Qarabağın dirçəldilməsi istiqamətində çox mühüm addımlar atılmaqdadır. Ancaq Ermənistanda yenə də müxalifət, revanşistlər, "Qarabağ klanı" öz əməllərindən əl çəkmirlər. Ayın 8-dən başlayaraq onlar hakimiyyət əleyhinə mitinqlər keçirirlər və keçmiş prezident Robert Köçəryan xalqı milli müqavimət hərəkatına çağırır. Paşinyanı devirməyi özlərinə vəzifə kimi müəyyən edirlər. Yəni, hazırda Ermənistanda hamı-hamıya xəyanətkar kimi baxır və ölkə iqtisadiyyatı da çöküb. Əgər bu gün pandemiyaya son qoyularsa, Ermənistanda əhalinin ədədi deyil, həndəsi silsilə ilə ölkəni tərk edəcəyi labüd görünür”.
Deputat diqqətə çatdırıb ki, Ermənistanın Baş nazirinin istəyib-istəməməsidən asılı olmayaraq, sərhədlərin delimitasiyası və demarkasiyası labüddür: “Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə üçtərəfli görüşlərin keçiriləcəyini istisna edir və qeyd edir ki, belə görüşlərin keçirilməsində maraqlıdırlar, amma hələ vaxtı dəqiq bilinmir və s. bu kimi fikirlər səsləndirir. Ancaq Ermənistanın Baş nazirinin istəyib istəməməsindən asılı olmayaraq, sərhədlərin delimitasiyası və demarkasiyası labüddür və mütləq olacaq. Bundan savayı, Zəngəzur dəhlizi də mütləq işə salınacaq. Bunun ardınca isə sülh müqaviləsinin imzalanacağı da mümkün olacaq. Ermənistan istəsə də, istəməsə də reallıq bunu diktə edir. Azərbaycan dövlətinin isə bu məsələdə prinsipal və qətiyyətli mövqeyi var”.