Xankəndidə rus kilsəsi açıldı
10-11-2021, 20:32
175

Xankəndidə rus kilsəsi açıldı

Xankəndi yaxınlığındakı Rusiya hərbi şəhərciyinin ərazisində ilk pravoslav kilsəsi açılıb.
"İnterfaks" xəbər verir ki, açılış mərasimində Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradov və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı Gennadi Anaşkin iştirak ediblər.
“Təəssüf ki, Qarabağda heç bir rus kilsəsi salamat qalmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən dağıdılıb və bu vəziyyətdə "Məsihin Dirilişi" rus pravoslav kilsəsi müqəddəs, tarixi əhəmiyyət kəsb edir”, - Xankəndidəki rus icmasının sədri Aleksandr Bodrov bildirib.

Oxşar xəbərlər