Baş nazir yeni qərar imzaladı
2-12-2021, 13:32
148

Baş nazir yeni qərar imzaladı

Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, dəyişikliklə qaydaya yeni bənd əlavə edilib.
Yeni bəndə əsasən, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin gələcəkdə yenidən qurban olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlər görüləcək.

Oxşar xəbərlər