Cəmiyyət
5-12-2021, 11:30
161
Azərbaycan bölgədə söz sahibidir
Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirovdur
Elman müəllim, istər Vətən müharibəsindən əvvəl, istərsə də postmüharibə dövründə Azərbaycanın diplomatik uğurları beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Bu barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı.
– Son 18 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin reytinqini getdikcə artırdı. Azərbaycan regionda söz sahibinə çevrildi. Prezident İlham Əliyevin qətiyyəti sayəsində artıq Ermənistan işğalçı ölkə kimi tanınır. Bu müddət ərzində həyata keçirilən uğurlu diplomatik fəaliyyət sayəsində Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyən kifayət qədər hüquqi zəmin yaradılmışdı. Bu ölkənin mayası sanki terrorçuluqdan və işğaldan yoğrulub. Gözlərini qonşu dövlətlərin ərazisinə dikərək, bu yolla “böyük Ermənistan” dövləti yaratmaq iddiasından əl çəkmirdi. 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini öz xoşu ilə azad etmək fikrində deyildi. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə qətnamələr qəbul etsələr də, bu sənədlər uzun müddət kağız üzərində qaldı.
Dünyada baş alıb gedən ikili standartlar, islamofobiya, ədalətsizlik və ayrı-seçkilik Ermənistanı daha ağır cinayətlər törətməyə vadar edirdi. Elə bu havadarlıqdan və tərəfkeşlikdən istifadə edən düşmən ötən il sentyabrın 27-də ölkəmizə qarşı genişmiqyaslı hücuma başladı, lakin bu dəfə, necə deyərlər, “daş qayaya rast gəldi”. Rəşadətli ordumuz düşməni darmadağın edərərk, nəhayət, Ermənistanın 30 illik işğal siyasətinə son qoydu və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Cəmi 44 gün tab gətirə bildilər qəhrəman ordumuzun qarşısında. Ötən il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və bununla da təslim olduğunu rəsmən təsdiqlədi. Həmin gün imzalanan üçtərəfli bəyanatın əsas məqsədi bölgədə sülhün, əmin-amanlığın təmin olunması, işğal altında qalmış üç rayonumuzun güllə atmadan azad edilməsi, doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın dədə-baba ocaqlarına qayıtmalarının təmin olunması idi.
– Ancaq Ermənistan üçtərəfli bəyanatın müddəalarına əməl etmir, revanşist meyilli qüvvələr yenidən təxribatlar törətməyə cəhd edirlər.
– Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə revanşist qüvvələrə xəbərdarlıq edib ki, “dəmir yumruq” yerindədir və istənilən zaman düşmənin başını əzər. Ermənistan imzalanmış üçtərəfli bəyanatın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə məhkumdur. Çünki baş nazir Nikol Paşinyan həmin bəyanatı imzalayıb.
Artıq Qarabağda genişmiqyaslı yenidənqurma, abadlıq və bərpa işlərinə start verilib. Bəzi xarici dövlətlərin şirkətləri də bu işlərdə yaxından iştirak edirlər. Hazırda yolların, kommunikasiya xətlərinin bərpası uğurla həyata keçirilir. Qonşu dövlətlərin də iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin təməli qoyulub. Füzulu Beynəlxalq Hava Limanı sərnişinləri qəbul edir, Zəngilan və Laçın rayonlarında da beynəlxalq əhəmiyyətli aeroportlar tikilir. İşğaldan azad edilmiş rayonların baş planları təsdiq olunub. Hazırda iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələ gündəmin prioritetini təşkil edir. Bugünlərdə Soçidə Rusiya və Azərbaycan prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin iştirakı ilə birgə keçirilən üçtərəfli görüşdə də bu məsələlər bir daha müzakirə olundu, avtomobil və dəmir yollarının, kommunikasiya xətlərinin bərpasına başlanılmasının vacibliyi bildirildi.
İlk növbədə, qeyd etmək istərdim ki, Soçidə baş tutan ikitərəfli və üçtərəfli görüşlərdə Rusiya və Azərbaycan arasındakı münasibətlərin səviyyəsi çox yüksək qiymətəndirilməlidir. Rusiyanın dövlət başçısının da ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə azərbaycanlı həmkarına təşəkkür etməsi diqqət çəkən məsələrdən biri idi.
Soçi görüşündən sonra tanınmış ekspertlər Azərbaycanın qarşısına qoyduğu məqsədə çatdığını qeyd etmişlər. Məsələn, belə bir fikir səsləndirilir ki, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli görüşlərdə əldə edilmiş razılaşmalarda praktiki həllini tapmayan bir sıra məsələlər var idi. Son üçtərəfli görüşün məqsədi də bununla əlaqəli idi.
Xüsusilə vurğulanmalıdır ki, Soçi görüşündə 3 məsələnin həlli istiqamətində razılaşma əldə edilib. Birincisi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələdir. Noyabrın 16-da Ermənistanın həyata keçirdiyi hərbi avantüra bu məsələnin nə qədər aktual olduğunu bir daha təsdiqləyib. Bu ilin sonuna qədər delimitasiya və demarkasiya məsələsinin tənzimlənməsi və həmin istiqamətdə mexanizmlərin yaradılması ilə bağlı razılaşma əldə edilib. Buna qədər bu haqda, ancaq danışılırdı, indi isə artıq razılaşma var.
İkincisi, humanitar xarakterli məsələlərdir. Bunlar da çox ciddi müzakirələrə səbəb olub. Təbii ki, Ermənistan tərəfi hər dəfə hərbi əsirlər məsələsini qabardır, amma Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, müharibə bitdikdən sonra 100-dən artıq hərbçi Ermənistana qaytarılıb, yəni Azərbaycanda hərbi əsir yoxdur. Bu, ilk növbədə , etimad mühitinin, qurumlararası birbaşa təmasların yaradılması ilə bağlı məsələlərdir. Məlum olduğu kimi, müdafiə nazirləri səviyyəsində, artıq birbaşa təmasların yaradılması haqqında razılaşma əldə edilib. Digər qurumlar arasında da birbaşa təmaslar yaradılması istisna deyil. Bu kontekstdə xalq diplomatiyasının imkanlarından istifadə ediləcək.
Nəhayət, ən mühüm məsələlərdən biri Ermənistan və Azərbaycan arasında kommunikasiyaların blokadadan çıxarılmasıdır. Bu kontekstdə Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən çəkinir. Nikol Paşinyan hesab edir ki, belə bir ifadə milli maraqlara ziddir və s. Ancaq Soçi görüşündə dəhlizlər məsələsi geniş müzakirə olundu və Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə, məhz “dəhliz” ifadəsini işlətdi. Bu, həm Zəngəzur dəhlizinin aktuallığının, həm də dəhlizlərin işə salınmasında Rusiyanın loyal münasibətinin ifadəsidir.
Vladimir Putin də çıxışında qeyd etdi ki, ilk növbədə, dəmir və avtomobil yolları qarşılıqlı şəkildə fəaliyyətini bərpa etməlidir. Bu, Azərbaycanın növbəti diplomatik uğurudur və bölgədə söz sahibi olduğunun göstəricisidir.
Bu üç mühüm məsələ istiqamətində razılaşmalar mövcuddur və artıq Moskvada üçtərəfli birgə komissiyanın dəhlizlərlə və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı növbəti görüşü keçirilir. Bu, əslində, Soçi razılaşmalarının praktiki tətbiqi baxımından görüş olacaq.
Üç dövlətin siyasi lideri Soçidə Bəyannamə də imzaladılar. Bu sənəd bir daha onu göstərir ki, artıq postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində ilkin, real addımlar atılıb. Bu da irəliyə doğru atılmış addım kimi qiymətləndirilməlidir.
– Soçi görüşündən bir gün sonra Aşqabadda İƏT-in Zirvə toplantısı keçirildi və həmin görüş də ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdi. Siz bu görüşün nəticəsini necə dəyərləndirərdiniz?
– Soçi görüşünün ertəsi gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev də bu görüşdə iştirak edirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olduğunu xüsusi vurğuladı və dedi ki, bu təşkilat ilə əlaqələrimiz digər platformalarda da inkişaf etdirilir. Ölkə rəhbəri çıxışı zamanı Azərbaycanın iqtisadi potensialı haqqında da dövlət başçılarına məlumat verdi. Qeyd etdi ki, Azərbaycanın güclü iqtisadi potensialı var. Azərbaycan Dünya Bankının son hesabatında 190 ölkə arasında investisiya mühitinin yüksək səviyyəsinə görə 28-ci yerə layiq görülüb. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatına 280 milyard dollar həcmində investisiya qoyulub ki, onun da yarısını xarici investisiyalar təşkil edir. Eyni zamanda, dövlət başçımız vurğuladı ki, Azərbaycanın son 18 il ərzində ümumi daxili məhsulu üç dəfədən çox artmış və hazırda ümumi daxili məhsul Azərbaycanın xarici borcundan 6 dəfə çoxdur.
Bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi də kəskin azalıb və 49 faizdən 6 faizə enib. İşsizlik problemi də hazırda 6 faiz səviyyəsindədir. Yəni, bütün bunlar onu göstərir ki, Azərbaycanın yeritdiyi düzgün iqtisadi siyasət nəticə etibarilə bu uğurlarımızı təmin etmişdir. Azərbaycanın qazandığı bu uğurlar Davos Ümumdünya İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev vurğuladı ki, bütün bu nailiyyətlər pandemiyaya qarşı mübarizə dövründə də qorunub saxlanılmış və Azərbaycan bu bəlaya qarşı mübarizə prosesinə milli, regional və beynəlxalq səviyyədə ciddi töhfələr vermişdir. Zirvə görüşü iştirakçılarının diqqətinə çatdırıldı ki, insanların və biznes subyektlərinin pandemiya dövründə dəymiş ziyanın ödənilməsi üçün 3 milyard dollara yaxın vəsait xərclənmişdir. 2021-ci ildə bu məqsədlər üçün pandemiya ilə birbaşa mübarizə üçün 261 milyon manat vəsait xərclənib. Həmçinin, bildirildi ki, 2022-ci ildə biz bu bəlanın aradan qaldırılması, eyni zamanda, vətəndaşlara və biznes subyektlərinə dəstək vermək üçün 1,6 milyard dollar vəsait xərcləyəcəyik.
Bir daha bəlli oldu ki, koronavirus pandemiyası dünyanı lərzəyə salsa da, Azərbaycanın inkişafına mane ola bilməyib. Çünki vaxtında həyata keçirilən düşünülmüş qabaqlayıcı tədbirlər bu bəlanın fəsadlarının qarşısını alır.
Zirvə görüşündə Zəngəzur dəhlizindən də söhbət açıldı. Dövlətimizin başçısı keçən toplantıda Zəngəzur dəhlizi haqqında məlumat verdiyni xatırlatdı. Dedi ki, artıq Zəngəzur dəhlizi reallığa çevrilməkdədir. Bu dəhliz Şərq- Qərb, Cənub-Şimal nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsinə çevriləcək. Bunun üçün imkanlar var və real addımlar atılmaqdadır.