"Azpetrol" işçi haqqını BELƏ POZDU... - GİLEY
15-12-2021, 10:37
144

"Azpetrol" işçi haqqını BELƏ POZDU... - GİLEY

"Şikayətim Azpetroldandır". DİA.AZ bildirir ki, Elvin Zərbəliyev adlı istifadəçi bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında qeyd edir:

"Azpetrol" işçi haqqını BELƏ POZDU...

Daha sonra narazı vətəndaş yazır:
"2016-cı ildə 2 gün müddətində "Azpetrol"da "stajor" işləmişəm, sonra işləmək istəməmişəm. Və mənə xəbərdarlıq olmadan məni "70 ç" maddəsi ilə işdən azad ediblər.

Bu da rəsmi portalda görünür. Ona görə də ömrümün sonuna kimi heç yerə işə düzələ bilmərəm.

"Azpetrol"un öz səhvini üzərinə götürmədiyi üçün bir ömür işsiz qalacam. Bunun həllinin necə olacağını bilmirəm".

Oxşar xəbərlər