Ermənilərin yaraladığı "Bakcell"in əməkdaşı DANIŞDI
30-12-2021, 13:23
149

Ermənilərin yaraladığı "Bakcell"in əməkdaşı DANIŞDI

Ötən gün "Bakcell"in atəşə tutulan əməkdaşı Gəncədə Mərkəzi Klinikaya gətirilib.
Yaralı Anar Rəhimli açıqlamasında bildirib ki, hadisə onlar növbəti xidməti sahəyə getdikləri zaman, Xaçın su anbarından bir qədər irəlidə  baş verib:
"Növbəti sahəyə gedən zaman qarşımıza post çıxdı. Elə bildik ki, öz postumuzdur. İş yoldaşım maşından düşdü ki, yaxınlaşıb qapını açmalarını desin. Birdən qayıtdı ki, tez sür, bura erməni postudur, səhv gəlmişik. Biz maşını geri çevirəndə onlar maşını güllələməyə başladı. Güllənin biri də mənim qoluma dəydi. Güllə qolumun dirsək hissəsindən girib qarşıdan çıxdı. Hadisə nəticəsində idarəetməni itirdim, maşın dərəyə aşdı. Biz dərədən çıxmaq istəyəndə artıq maşın üzü üstə çevrilmişdi. Zülmlə çıxa bildik. İş yoldaşım kömək çağırmağa getdi. Sonra bizim hərbçilər gəlib bizi hadisə yerindən apardılar". 
Qeyd edək ki, zərərçəkən sol qolundan güllə yarası aldığı üçün əməliyyat olunacaq. Həkimlərin dediyinə görə, yaralının vəziyyəti qənaətbəxşdir. Əməliyyat zamanı güllənin qəlpəsi onun qolundan çıxarılacaq. 

Oxşar xəbərlər