"Azəristiliy"in qəribə İŞ METODU... - GİLEY
26-01-2022, 10:31
1 505

"Azəristiliy"in qəribə İŞ METODU... - GİLEY

""Azəristilik"dəndir şikayətim... Ağcabədi rayonu Məcburi köçkünlər olan binalara istilik sistemi verilir, amma..." DİA.AZ bildirir ki, bu barədə həmin binanın sakini Elsevər Yadigarlı "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley edir.

"Azəristiliy"in qəribə İŞ METODU...

Daha sonra narazı vətəndaş yazır: "Demək olar ki hamıda sayğac işləmir. Pulu isə aylıq evdə yaşayan adam sayına yazırlar...

Məsələn, biz evdə 5 nəfəriksə 20 manatdan 100 manat eliyir... Mən, məsələn, 1 ay lap evdə olmadım... deməli, aylıq 100 manat verməliyəm?..

Gəlib sayğacda qoyan yoxdur...

"JEK" işçiləri də qapı-qapı düşüb pul tələb edir, məcbur edir ki ödəyin...

Bu nə dərəcədə düzgündür?.. Bu ölkədə bunlara bir nəzarət edən yoxdur?"

Oxşar xəbərlər