Evini tərk edən 14 koronavirus xəstəsi saxlanıldı
5-02-2022, 10:35
17 633

Evini tərk edən 14 koronavirus xəstəsi saxlanıldı

Fevralın 4-də polis əməkdaşları tərəfindən respublika ərazisində 14 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Oxşar xəbərlər