Cəmiyyət
7-02-2022, 12:33
1 733
Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün örnəkdir
Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur
- Elman müəllim, Azərbaycan-Türkiyə diplomatik münasibətləri 30 ilini geridə qoydu. Dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərini şərtləndirən amillər hansılardır?
- Bu gün dünyada dövlətlər arasında etimadsızlıq mühiti hökm sürməkdədir. Ancaq Azərbaycan-Türkiyə münasibətləri hər bir dövlət üçün bir nümunədir”. Bütün dünya gördü ki, uzun illər Türkiyə Ermənistanla heç bir diplomatik əlaqə saxlamayaraq, sərhədlərini bağladı. Azərbaycan və Türkiyə yaxşı gündə də, pis gündə də biri-birilərinin yanındadırlar. Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına güclü təsir göstərir.” Vətən müharibəsində Türkiyə qardaş Azərbaycan dövlətinə və xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu birlik, həmrəylik üçüncü dövlətin İkinci Qarabağ müharibəsi müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə mane oldu. Bu da çox önəmli hadisədir. Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan oldu.
- 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini necə xarakterizə edərsiniz?
- 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə yol açıb. Bu baxımdan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Prezident İlham Əliyev Şuşa Bəyannaməsi ilə bağlı iki məsələnin əhəmiyyətini xüsusi qeyd edib. Prezident Bəyannamədə qarşılıqlı hərbi yardım göstərmək haqqında bəndi vurğulamaqla bu sənədin məhz müdafiə sahəsində ciddi perspektivləri özündə əks etdirən razılaşma olduğunu diqqətə çatdırıb. Bu, təkcə erməni ictimaiyyətinə deyil, eyni zamanda, dünya birliyinə ciddi mesajdır ki, Azərbaycan və Türkiyə bütün sahələrdə, xüsusilə hərbi və müdafiə sənayesi sahəsində müttəfiqdirlər. Prezidentin vurğuladığı ikinci əsas məqam isə nəqliyyat və kommunikasiya sahəsində hər iki dövlətin ortaq baxışı ilə bağlıdır. Həm Türkiyə, həm də Azərbaycan lideri açıq şəkildə bildirir ki, Zəngəzur dəhlizi açılmalıdır. Bu dəhlizin işə salınması isə cənab Ərdoğanın dediyi kimi, 3+3” əməkdaşlıq platformasının reallaşmasını təmin edəcək. Nəticə etibarilə, bu, regionda sülhə və təhlükəsizliyə xidmət edəcək.
- Şuşa Bəynnaməsinin parlamentdə təsdiqi ölkələrimizin müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə nə kimi töhfələr verəcək?
- «Azərbaycan parlamenti «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsini təsdiqləyib. Bu Bəyənnamənin təsdiqi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin edilməsinə- istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və birgə addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin edilməsinə- istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə deyilir: «Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.”»
Hesab edirəm ki, bu Bəyannamə Azərbaycan üçün böyük bir şansdır.
- Həm Türkiyə, həm də Rusiya Azərbaycanın yaxın tərəfdaşıdır. Bu ölkələr arasında münasibətlərin perspektivlərini necə proqnozlaşdırmaq olar?
- Rusiya ilə Türkiyə tarixin müxtəlif dövrlərində mütəmadi olaraq dərin münasibətlər qurub, iri layihələr həyata keçiriblər. Xüsusilə də iqtisadi əlaqələrin intensiv inkişafı dövlətlərarası münasibətlərin dinamikasını daha da artırıb. Hər iki ölkə geniş və regionda müqayisə olunmayacaq dərəcədə enerji, nəqliyyat və kommunikasiya layihələrinə imza atıb. Ümumiyyətlə, son illərdə bu ölkələrin iqtisadi və ticari əlaqələri ən yüksək səviyyəyə çatmışdı. Tarixin müxtəlif dövrlərində qlobal siyasi-ictimai hadisələrin təsiri nəticəsində Rusiya-Türkiyə münasibətlərində gərginliklər olub. Amma bu, çox uzun sürməyib və əlaqələr bərpa olunub, inkişaf edib. Rusiya hökumətinin üzvləri də açıq şəkildə bunu etiraf edirlər. Hətta Avropa Birliyinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyi vaxtda rəsmi Ankara buna qoşulmadı və Rusiya ilə iqtisadi əməkdaşlığı daha da artırdı, ölkəyə mal ixracının həcmini çoxaltdı. İndiki şəraitdə də Rusiya və Türkiyə əməkdaşlığın normallaşmasına imkan yaradan addımların atılmasında maraqlıdırlar. Çünki dövlətlər arasında enerji, nəqliyyat, logistika, tranzit layihələrinin dayandırılması və yaxud intensivliyin azaldılması hər iki tərəfə zərər vurar. Onu da qeyd edim ki, Rusiyanın Türkiyə ilə əlaqələrinin bərpasını və inkişafını regiondakı vəziyyət, geosiyasi tendensiyalar, Azərbaycanla hər iki ölkənin sıx münasibətləri fonunda real iqtisadi mühit də labüd edir. Hər üç ölkə regionda birgə geniş iqtisadi proqramlar, layihələr həyata keçirə bilərlər.