"Müştərinin qəpik-quruşuna niyə göz dikirsiniz?" - GİLEY
11-02-2022, 11:13
1 802

"Müştərinin qəpik-quruşuna niyə göz dikirsiniz?" - GİLEY

"Şikayətim "Unibank"dandır. Yazım sərt və kobud da olsa, deyəcəm". DİA.AZ bildirir ki bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səidə Oqtayqızı adlı istifadəçi qeyd edir.

"Müştərinin qəpik-quruşuna niyə göz dikirsiniz?"

Daha sonra narazı vətəndaş yazır: "Mən dünən ödəmə edib "Albalı kartı"mı bağladım. Amma indi baxiram ki, kreditim hələ də bağlanmayıb.

Zəng etdim, dedilər, 3 iş günü ərzində oturacaq. Niyə 3 günün faizini ödəməliyəm? Nə fərqi var, "kart to kart" edirəm ya krediti bağlayıram? Fakt mən kartı bağlamışam. Bu da "Unibank"ın bir fırıldağıdır? Niyə insanların cibinə girib qəpik-quruşa göz dikirsiniz?

İstifadə edirik kartdan... cox sağ olun, amma daha müştərinin qəpiyini niye güdürsünuz?"

Oxşar xəbərlər