Yaşıllaşan "Cənnət diyarı"mız və ermənilərin "it damı" - Deputatdan gözəl MÜQAYİSƏ
16-02-2022, 16:24
7 331

Yaşıllaşan "Cənnət diyarı"mız və ermənilərin "it damı" - Deputatdan gözəl MÜQAYİSƏ

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

"İşğaldan azad olunmuş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri, yeni layihələr onu göstərir ki, "Böyük Qayıdış" çox zaman almayacaq".
Bunu açıqlamasında deputat Elman Nəsirov deyib.
O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı tarixi qələbə regionda yeni reallıqlar yaradıb:
"Yeni reallıqlar bir çox fundamental məsələlərin həllini tələb edir.
Bunların içərisində bir nömrəli tarixi vəzifə "Qarabağa Böyük Qayıdış"ın təmin edilməsidir. Bu prosesin təmin edilməsində əsas maneə Ermənistanın Azarbaycana qarşı apardığı mina müharibəsidir. Düzdür, onlar bizə mina xəritələrini veriblər, lakin həmin xəritələrinin dəqiqlik əmsalı olduqca aşağı olduğundan, demək olar ki, minalanmamış yerin qalmaması və obyektiv səbəblərdən mina təmizləmə prosesi zaman alır. Dövlətimiz də bütün mümkün addımları atır ki, bu proses böyük sürətlə getsin.
"Böyük Qaydış"ın təmin edilməsi istiqamətində ilkin addımlar atılır. Artıq Zəngilan rayonunda "Ağıllı kəndlər" olan Ağallı 1, Ağalı 2 kəndlərinin istifadəyə verilməsi prosesi gedir. Ağıllı 1 kəndinin yaxın zamanda açılışı olacaq və onun ardınca Ağalı 2 kəndinin də salınması prosesi getməkdədir. Bu iki kənddə infrastrukturun yaradılması, ora əhalinin köçürülməsi böyük rəmzi məna daşıyacaq. Bu proses atıq işğaldan azad olunan ərazilərə "Böyük Qayıdış"ın başlanması anlamını özündə ehtiva edəcək.
Füzuli hava limanının 9 ay ərzində işə salınması dünya praktikasında bir "möcüzə"dir. Bu hadisənin də rəmzi mənası onda idi ki, Qarabağa bizim "Böyük Qayıdış"ımız çox zaman almayacaq.
Hazırda bu istiqamətdə ciddi işlər görülməkdədir. Xüsusilə də "Azərişığ"ın fəaliyyətini qeyd etmək istərdim. Belə ki, "Azərişıq" 37 gün ərzində Şuşanın elektrik enerjisi ilə təminatını reallaşdırdı. Hətta döyüşlərin getdiyi zamanda Cəbrayılda, Hadrutda və digər ərazilərdə elektrik enerjisinin təminatı reallaşdırıldı. Bu gün də bu proses sürətlə davam etməkdədir. Bununla paralel şəkildə qazlaşdırma proseslərinin də aparılması əsas hədəflər sırasındadır.
2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərinin üçtərəfli bəyənnaməsinin imzalanması ilə müharibəyə son qoyulsa da, Ermənistan bizimlə iki sahədə müharibə aparmaqdadır: informasiya və mina müharibəsi.
Ermənistan ara-sıra hərbi insidentlərə də əl atır, tez-tez atəşkəsin pozulması ilə də bağlı faktlar qeydə alınır. Bunun da bir mənası var: onlar bu cür addımları ilə gələcəkdə öz ata-baba yurduna köçəcək insanlarda vahimə yaratmaq istəyirlər.
Ermənistan tərəfinin belə davranması cəfəngiyyatdır. Çünki Azərbaycan silahlı qüvvələrinin qarşısında Ermənistan silahlı qüvvələrinin nə qədər aciz vəziyyətdə olduğu hər kəsə bəllidir. Atəşkəsi pozmaqla özlərinin mövcudluğunu isbatlamaq istəyirlər. Bunlar hamısı sadəcə mənasız məsələlərdir.
Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyi sistemli şəkildə addımlar atmaqdadır. qarabağın "Yaşıl enerji zonasına", "Cənnət diyarına" çevrilməsi hədəflənib. Ermənilər də bundan çox qorxurlar. Qısa zaman ərzində Abad və Ağıllı kəndlər və şəhərlərin fonunda onların "it damına" oxşayan yerlərində yaşayış paralel şəkildə mövcud olacaq. Qoy elə orta statistik erməni müqayisə etsin ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə hansı gözəllikləri yaradır, necə evlər tikilir, necə infrastruktur qurulur. Hər şey müasir və hər şey 21-ci əsrin reallıqları fonundadır. Ermənistan isə sanki orta əsrlərdən miras qalmış bir vəziyyətdə yaşayır və yaşayış məkanları da ona adekvatdır.
Bütün bunlar nəticə etibarı ilə Azərbaycanın həm də informasiya cəbhəsindəki üstünlüyünü təmin edir. Ermənilər də gec-tez bu reallıqla barışmalı olacaqlar."
Material Azərbaycan Respublikası
Medianın İnkişafı Agentliyinin maliyyədəstəyi ilə hazırlanmışdır.

Oxşar xəbərlər