Azərbaycanda ŞOK: Vergi xidmətinin rəsi müavinindən KİM ŞİKAYƏTÇİ OLDU? - "...mənə hədə-qorxu gəlir"
19-02-2022, 14:12
17 013

Azərbaycanda ŞOK: Vergi xidmətinin rəsi müavinindən KİM ŞİKAYƏTÇİ OLDU? - "...mənə hədə-qorxu gəlir"

Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi , Ə.Gülbabayev küçəsi, ev 4, m....ünvanda  yaşayan  Hüsniyyə   Süleymanova öz həyat yoldaşı ,  hazırda  İqtisadiyyat  Nazirliyi yanında  Dövlət  Vergi  Xidmətində rəis  müavini vəzifəsində  çalışan  Elməddin Süleymanovun qanunsuz əməlləri ilə bağlı  dövlət  qurumlarına  müraciət edib. 
NUH.az-a  daxil  olan  müraciəti   olduğu  kimi  dərc edirik:
 
Yazıb Sizdən xahiş edirəm ki, Vergilər Nazirliyində işləyən İnsan Resursları İdarə rəisinin  birinci müavini olan Süleymanov Elməddin Nizaməddin oğlunun  qanunsuz əməllərini araşdırasınız.
Həyat yoldaşım  Süleymanov Elməddin  vəzifəsindən istifadə edərək  hər yerdə mənim şikayətlərimin  baxılmasına imkan vermir. Həm həyat yoldaşım, həm də onun qardaşları daim vəzifəli şəxsin adından istifadə edərək  dələduzluq və digər qanuna zidd əməllərə yol verirlər. Həyat yoldaşım Vergilər Nazirliyindən  külli miqdarda pul götürüb və qaytarmamışdır. Onun başqa  etdiyi  qanunazidd əməllərindən xəbərdar olduğumu bildiyi üçün həmin əməllərlə bağlı harasa müraciət  edəcəyim  təqdirdə mənə və yaxınlarıma  zərər vuracağı ilə bağlı mənə hədə-qorxu gəlir.
Sizdən xahiş edirəm ki, məni qəbul edəsiz və onun etdiyi qanunsuzluqları və dələduzluqları  açıq şəkildə bildirim.
İmza    Süleymanova  Hüsniyyə 
 
Qarşı tərəfin  mövqeyni dərc etməyə hazırıq. 

Oxşar xəbərlər