Cəmiyyət
22-02-2022, 17:22
6 805
Azərbaycanda “Sputnik V” vaksini istehsal ediləcək - KİV
Rəsmi Moskva və Bakı Azərbaycanda “Sputnik V” vaksinin istehsalının təşkili məsələsi üzərində işləyirlər.
“TASS” xəbər verir ki, bu barədə iki ölkə prezidentləri Vladimir Putin və İlham Əliyevin danışıqları üçün hazırlanmış materiallarda deyilir.
“2021-ci ildə Azərbaycan tərəfinin müraciəti əsasında Rusiyadan 220 min doza “Sputnik V” peyvəndi gətirilib. Əlavə 80 min dozanın da çatdırılması planlaşdırılır. Yeni müraciətlər daxil olmayıb. Respublikada vaksin istehsalının təşkili üzərində iş aparılır”, - materiallarda qeyd edilib.
Bildirilir ki, Moskva və Bakı koronavirus məsələlərində əməkdaşlığı fəal şəkildə inkişaf etdirir və 2020-ci ilin yazında Azərbaycan tərəfi 120 Vektor test sistemi (12 000 sınaq üçün) alıb.
Qeyd edək ki, hazırda hər iki ölkə liderinin Moskvada görüşü baş tutur.